Nepalda azı 30 nəfər daşqınların qurbanı olub

Nepalda son sutka ərzində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 30 nəfər  ölüb.  

Azadinform-un “TASS”a istinadən verdiyi xəbərə  görə, təbii fəlakət ölkəyə ciddi maddi ziyan vurub.  

Məktəb və inzibati binalarda evsiz qalan sakinlər üçün müvəqqəti sığınacaqlar yaradılıb. Hərbçi, polis və sakinlərdən ibarət xilasedici dəstələr yaradılıb.

Daşqınlar Biratnaqar hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub. 

13.08.2017 11:12 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo