Pakistanda bazarda partlayış törədilib, 15 nəfər ölüb

Pakistanın Kvetta şəhərində bazarda partlayış törədilib, nəticədə 15 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Azadinform-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan DİN-in Belucistan əyaləti üzrə nümayəndəsi Sarfraj Buqqi deyib.  

Məlumata görə, partlayış motosikletlə hərəkət edən terrorçu-kamikadze tərəfindən törədilib.

İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.   

13.08.2017 10:56 / Baxılıb: 34 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2017
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo