23 illik sevgi bitdi

Müğənni Candan Erçetin yazıçı, prodüser və ssenarist sevgilisi Hakan Karahandan ayrılıb.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, 54 yaşlı ifaçı ilə 57 yaşlı prodüser 23 illik münasibətlərinə son qoyublar. 2 ay əvvəl ayrılan cütlük uzun müddətdir münasibətlərini hər kəsdən gizlədirdi.

Hakan Candandan ayrıldıqdan sonra aktrisa Elif Kıramerlə görüşməyə başlayıb. Məsələ ilə bağlı Elif “Hakan dostumdur. Bundan sonra da görüşməyə davam edəcəyik. Hazırda ikimiz haqqında danışmaq istəmirəm” deyib. 

12.08.2017 21:09 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo