Türkiyədə İŞİD üzvləri həbs edilib

Türkiyədə İŞİD terror qruplaşmasının tapşırığı ilə qətllər törətməkdə şübhəli bilinən 3 şəxs həbs edilib.

Azadinform-un “Anadolu”ya istinadən verdiyi xəbərə görə, polis əməliyyatları eyni zamanda Şanlıurfa, Qaziantep və Malatya əyalətlərində keçirilib. Əməliyyat iyulda Şanlıurfada Suriya vətəndaşının qətli ilə bağlı aparılan araşdırma çərçivəsində keçirilib.

Məlumata görə, saxlanılan şəxslərdə qətldə istifadə olunan silah aşkarlanıb.

İstintaqın versiyasına əsasən, Suriyanın Rəqqa şəhərindən Türkiyəyə gələn terrorçular İŞİD-ə qarşı mübarizədə iştirak edən şəxslərə hücumlar planlaşdırırmışlar.         

12.08.2017 20:32 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2017
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo