Minskdə Azərbaycan mədəniyyəti günü keçirilib

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycan mədəniyyəti günü keçirilib.

Azadinform "CTV" televiziyasına istinadən xəbər verir ki, şəhər meriyası qarşısında təşkil olunan tədbir çərçivəsində qonaqlara Azərbaycan mədəniyyəti, mətbəxi, məhsulları təqdim olunub. 

Bundan başqa, qonaqlar üçün Azərbaycan yeməklərinin bişirilməsi üzrə ustad dərslər də keçirilib. Eyni zamanda tədbirdə Azərbaycan musiqisinin məşhur mahnıları səsləndirilib.

12.08.2017 18:57 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo