ASAN Xidmət 2017/2018 mövsümündə Neftçinin titul sponsoru olmayacaq

“Neftçi” klubu futbolçularının Azərbaycan Premyer Liqasının I turunda “Qarabağ”la görüşə üzərində “ASAN Xidmət” yazılan formalarla çıxmamasına aydınlıq gətirib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, “ASAN Xidmət” 2017/2018 mövsümündən etibarən “Neftçi”nin titul sponsoru olmayacaq. Lakin qurumla əməkdaşlıq davam etdiriləcək.

“Ağ-qaralar” hazırda yeni titul sponsorun tapılması istiqamətində bir neçə şirkətlə danışıq aparır.

Qeyd edək ki, "Neftçi" ilə "ASAN Xidmət" arasında titul sponsorluğu ilə bağlı müqavilə ötən il oktyabrın 17-də imzalanmışdı. (report)

12.08.2017 18:34 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo