Azərbaycan millisinin futbolçusu İspaniya klubunu tərk edəcək

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Kadis” klubunu tərk edəcək. 

25 yaşlı hücumçunun xidmətində Sequndada (II divizion) çıxış edən digər iki klub – “Luqo” və “Alkarkon” maraqlıdır.

Məlumata görə, E.İsrafilov üçün ən uyğun varinat “Alkarkon”dur. Çünki yığma üzüvü daha əvvəl hazırda bu komandanın baş məşqçisi olan Xulio Velaskesin rəhbərliyi altında çıxış edib. Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə “Mursiya”da işlədiyi vaxta təsadüf edib.

Qeyd edək ki, E.İsrafilov ötən ilin avqustunda “Kadis”ə keçib. O, daha əvvəl “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib. (report)

12.08.2017 17:24 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo