Rusiya yağış yağdıra biləcək avadanlıq istehsal edəcək

Tezliklə Rusiyada yarım saat ərzində yağış yağdıra biləcək avadanlığın istehsal ediləcəyi gözlənilir.

Azadinform Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rstex” korporasiyası hidrometeoroloji proseslərə təsir göstərmək üçün xüsusi avadanlığın yaradıldığını elan ediblər. 

Texnologiyanın istehsalına 2017-ci ilin sonunda başlanılacaq. Yağış yağdıra biləcək bu qurğunun iş prinsipində yodlu gümüşdən istifadə olunub. Yaradılan vasitə artıq meşə yanğınlarının söndürülməsində sınaqdan keçirilib. Testlər uğurla başa çatıb.

Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq.

12.08.2017 16:54 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo