Gürcüstanda Azərbaycandilli məktəblərdə tədrisin səviyyəsi aşağı qiymətləndirilib

Gürcüstanın elm və təhsil naziri Aleksandr Cecelava ölkədə milli azlıq nümayəndələrinin ana dillərinə təhsil aldıqları məktəblərdə tədrisin səviyyəsini qiymətləndirib.

Nazir ölkədə şəhər və kənd məktəblərinin səviyyəsini müqayisə edib.

“Tbilisidə özəl və dövlət məktəblərində tədrisin Avropa təhsil sistemi səviyyəsində aparıldığını demək olar. Kənd məktəbləri isə şəhər məktəblərindən geridə qalır. Lakin milli azlıqların ana dilində təhsil aldıqları məktəblərin səviyyəsi kənd məktəblərinin səviyyəsindən daha aşağıdır”, - deyə nazir “Palitranews” kanalında yayımlanan “360 dərəcə” verilişində deyib. 

A. Cecelava bunu ilk növbədə müəllimlərlə əlaqələndirib: “Son 25 ildə müəllim peşəsinin nüfuzu aşağı düşmüşdü”.

Qeyd edək ki, hazırda Gürcüstanda 124 Azərbaycandilli məktəb fəaliyyət göstərir. (apa)

12.08.2017 16:23 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo