Yaponiya hökuməti ölkəni Şimali Koreyanın hücumundan qorumaq üçün tədbirlər görür

Yaponiya hökuməti ölkəni Şimali Koreyanın mümkün raket zərbələrindən qorumaq üçün "Patriot PAC 3" hava hücumundan müdafiə sistemləri quraşdırılmasına qərar verib. 

Azadinform xarici KİV-lərə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri Simane, Xirosima, Exime və Koti prefekturalarda quraşdırılıb.

Eyni zamanda Yaponiya Silahlı Qüvvələri Aegis izləmə və müşahidə sistemi ilə təchiz olunan gəmiləri də dənizə buraxacaqlar.

Qeyd edək ki, bir müddət öncə KXDR rəsmiləri Sakit okeanında ABŞ-a məxsus Quam adasına raket zərbələri endirilməsi ilə hədələyiblər. Pxenyan rəsmiləri raketlərin Yaponiya üzərindən keçəcəyini söyləyiblər. 

12.08.2017 14:46 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo