Su anbarında batan 2 nəfər xilas edilib

Adəm Abbaslı/AZADİNFORM. Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azadinform-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında (ən yaxınlıqdakı məntəqədən 300 m aralıda, nəzarətsiz ərazidə) 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:15-də başa çatıb.

12.08.2017 14:00 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2017
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo