"Sınıq Körpü" gömrük postunda gücləndirilmiş iş rejiminə keçilib

Adəm Abbaslı/AZADİNFORM. Dövlət Gömrük Komitəsi (DGK) "Sınıq Körpü" gömrük postunda gücləndirilmiş iş rejiminə keçib.

Komitədən Azadinform-a verilən məlumata görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq, Azərbaycan-Gürcüstan sərhəddində sərnişinlərin və nəqliyyat vasitələrinin sayinda artım müşahidə olunduğundan bu gün səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

DGK-nın aidiyyati qurumları hazırda gücləndirilmiş iş rejimində çalışaraq, gömrük postunda keçidlərin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirir və yaxın bir neçə saat ərzində yaranmış nisbi sıxlıq tam aradan qaldırılacaq.

12.08.2017 13:45 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo