Ağacı budadığına görə cərimələndi

Adəm Abbaslı/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Yardımlı rayonu Ərus kənd sakini Rahim Qarayev tərəfindən kənd qəbirstanlığı ərazisində ağaccların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 2 ədəd alça ağacının qanunsuz olaraq budandığı məlum olub.

Araşdırma zamanı yaşköküstə ağacların budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.

12.08.2017 13:30 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo