Tramp: "Şimali Koreya peşman olacaq"

Adəm Abbaslı/AZADİNFORM. Şimali Koreya ABŞ-ı və onun müttəfiqlərini təhdid etməyə davam edərsə peşman olacaq.

Məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı deyib.

"Əgər Kim Çen In daha bir təhdid səsləndirərsə... və ya Quam adası və Amerikanın ərazisində yerləşən istənilən digər yerlərə və ya ABŞ-ın müttəfiqlərinə nəsə edərsə o, çox peşman olacaq", - Tramp deyib.

Bundan əlavə tramp bildirib ki: "Mən ümid edirəm ki, onlar mənim sözlərimin ciddiliyini anlayırlar".

12.08.2017 10:15 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo