İraqın şimalında 3 PKK terrorşusu məhv edilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın Avaşin-Basyan rayonunda PKK terrorçularının mövqelərinə hava zərbələri endiriblər.

Türkiyə Silahlı Qüvvələri baş qərargahının yaydığı məlumata görə, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Məlumata əsasən, bundan əlavə terrorçuların silah və hərbi sursatlar anbarlarıda məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

12.08.2017 10:00 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo