Əfqanıstanda 30 "talibançı" həlak olub

Əfqanıstanın qərbində "Taliban" hərəkatının 2 üzvünün üzərindəki partlayıcı maddənin işə düşməsi nəticəsində qruplaşmanın 30 silahlısı həlak olub.

Azadinform xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Fərəh vilayətinin rayonlarından birində baş verib. Vilayətin qubernatorunun nümayəndəsi Nasir Mehri bildirib ki, kamikadzelərdən ikisi silahlı qruplaşmaların rəhbərlərinin görüşü zamanı özlərini partladıb. O, əlavə edib ki, ölənlər arasında bir neçə səhra komandiri də var.

Qubernatorun nümayəndəsinin sözlərinə görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum planını müzakirə etmək üçün toplaşıblar.

11.08.2017 22:43 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo