Dünyanın ən yaşlı kişisi vəfat edib

Dünyanın ən yaşlı kişisi, gənc yaşlarında Holokost dəhşətlərini yaşamış İsrael Kristal 113 yaşında İsraildə vəfat edib.

Azadinform-un "i24news" kanalına istinadən verdiyi xəbərə görə, İsrael Kristal Polşada doğulub.

Onu İkinci Dünya Müharibəsi zamanı ailəsi ilə birgə bir konslagerdən digərinə aparıblar. Kristal iki övladını və həyat yoldaşını itirdikdən sonra 1950-ci ildə İsrailə köçüb və ömrünün son illərini Hayfa şəhərində keçirib. Ona ikinci evliliyindən olan övladları, nəvələri və nəticələri dəstək olub.

Sentyabrın 15-də İ.Kristal 114 yaşını qeyd edəcəkdi. 

11.08.2017 21:23 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo