FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib

AZADİNFORM. Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb. Əməliyyat saat 19:33-də başa çatıb.

11.08.2017 20:57 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo