Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə yolun 402-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb. “BMW” və “Škoda” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)

11.08.2017 20:34 / Baxılıb: 36 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo