Cəbhə xəttində əsgərlərlə görüş keçirilib

AZADİNFORM. Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirib.

Azadinform-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hərbi hissələrdə mədəni-kütləvi tədbirlərin təşkil edilməsində məqsəd ölkəmizin zəngin və qədim tarixinin öyrənilməsi, hərbi ənənələrin təbliğ olunması, hərbi qulluqçuların mənəvi-psixoloji ruhunun yüksəldilməsindən ibarətdir.

Görüşlər  zamanı ön xətdə xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə yaxından tanış olunub və əsgərlərlə geniş söhbətlər aparılıb.

Sonra şəxsi heyətlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüş, sonda idman yarışı ilə yekunlaşıb.

11.08.2017 20:22 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo