Qari Medel Beşiktaşda

Samir Soltanov/AZADİNFORM. İnter”in yarımmüdafiəçisi Qari Medelin “Beşiktaş”a keçəcəyi dəqiqləşib. 

Azadinform xəbər verir ki, çilili futbolçu artıq İstanbuldadır. Onunla 3 illik müqavilə imzalanacağı bildirilir. 

Qeyd edək ki, 30 yaşlı futbolçu “Boka Xuniors”, “Sevilya” və “Kardiff” klublarında da çıxış edib. O, 2007-ci ildən Çili millisində oynayır.

11.08.2017 19:00 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo