Çaylardakı vəziyyət açıqlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, bu gün Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunmayıb.

Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 62 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.5 m3/s olmaqla, ongünlük normanın 17 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 92 faizinə bərabər olub.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqələrində 4, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, Salyanda 3, Bankədə 22 sm artım qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. 

Qeyd edək ki, hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2016-cı il avqustun 11-də 365 sm), Şirvanda 207 sm, Salyanda 126 sm (2016-cı il avqustun 11-də 150 sm), Bankədə 205 sm (2016-cı il avqustun 11-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 63 sm (2016-cı il avqustun 11-də 76 sm) təşkil edir.

11.08.2017 17:50 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo