Gürcüstan Rusiyanın addımını pislədi - Bəyanat

Gürcüstan Xarici İşlər Nazirliyi Abxaziya ilə sərhəddə tikanlı məftillərin çəkilməsini pisləyən bəyanat yayıb.

Məlumata görə, bəyanatda Rusiyanın bu addımı yerli əhalinin fundamental hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

“Bu addım əhalinin sərbəst hərəkət etmək, təhsil və sağlamlıq hüquqlarını məhdudlaşdırır. Bu da öz növbəsində Abxaziya regionunda humanitar vəziyyətin ağırlaşdırılmasına gətirib çıxaracaq”, - deyə bəyanatda vurğulanıb.

XİN Rusiyanı Gürcüstana qarşı aqressiv addımlara son qoymağa, beynəlxalq hüquq normalarına, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb. (apa)

11.08.2017 16:35 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo