PKK-ya qarşı növbəti əməliyyat 3 terrorçu silahlarla birlikdə məhv edilib

Samir Soltanov/AZADİNFORM. Türkiyə  Silahlı Qüvvələri bu gün  PKK terror təşkilatına qarşı növbəti əməliyyatlara başlayıb. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində Hakkari rayonun Şəmdinli qəsəbəsinə bağlı Qaradağ bölgəsində müəyyən edilən 3 terrorçu və xeyli sayda silah-sursat havadan endirilən zərbələr nəticəsində zərərsizləşdirilib. Həmçinin Ziyarət və Cami Təpə bölgələrində aparılan axtarışlar zamanı 30 metr uzunluğunda 4 otaqlı və 5 metr uzunluğunda tək otaqlı 2 mağara aşkarlanıb. Mağaralarda xeyli sayda silah-sursat müsadirə edilib. 

11.08.2017 16:15 / Baxılıb: 78 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo