"Qarabağ" Kopenhagen matçının biletləri sabahdan satışda

Samir Soltanov/AZADİNFORM. Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxır. 

Azadinform klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşləri sabah – avqustun 12-si, saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər. 

Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da start götürəcək. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.



1-5 və 24-27 nömrəli sektorlar - 1 AZN


6-8 və 21-23 nömrəli sektorlar - 2 AZN


9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN


11, 12 və 17, 18  nömrəli sektorlar - 5AZN


13 - 16 və 29, 38 nömrəli sektorlar 10 AZN


VİP - 50 AZN


11.08.2017 15:45 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo