İki nazirliyin tədris mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

Eşqin Nuruşov/AZADİNFORM. Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında təlim sahəsində qarşılıqlı tərəfdaşlıq və gələcək perspektivlərin müəyyənləşdirilməsi ilə əlaqədar əməkdaşlıq müqaviləsi imzalanıb.

NRYTN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Vergilər Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında baş tutan imzalama mərasimində Tədris Mərkəzinin rəisi Əli Həsənov və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru vəzifəsini icra edən Rauf Cabbarov iştirak ediblər.

Müqavilə tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə imzalanıb.

Tərəflər əsas fəaliyyət sahələri üzrə elmi və metodiki əməkdaşlığın əsasını qoymaq, vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları, eləcə də “Elektron hökümət”, elektron idarəçilik, elektron dövlət xidmətləri və sahibkarlığın inkişafı mövzularında vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək, birgə tədbirlər, təlim və seminarlar keçirməyi qərara alıblar.

11.08.2017 15:35 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo