Arda Turan: Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!

Samir Soltanov/AZADİNFORM. “Barselona”nın türk futbolçusu Arda Turan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib. 

Azadinform xəbər verir ki, bu barədə şəxsi “İnstagram” və “Tvitter” hesabında paylaşım edən 30 yaşlı futbolçu Ramilin şəklin paylaşaraq onu təbrik edib: 


“Çempion... Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!” 

“Halal olsun, Ramil Quliyev. Çox böyük uğurdur, çox!" 


Xatırladaq ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.





11.08.2017 14:18 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo