Binəli Yıldırım azərbaycanlı idmançını təbrik edib

Samir Soltanov/AZADİNFORM. Türkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu Ramil Quliyevi təbrik edib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, R. Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi. 

Qeyd edək ki, Türkiyəni təmsil edən R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə göstərərək yarışın favoriti hesab olunan niderlandlı Vayde Van Nikerki qabaqlayaraq dünya çempionu adını qazanıb.

11.08.2017 12:10 / Baxılıb: 133 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo