"Münaqişə tərəflərinin etimadın möhkəmləndirilməsi istiqamətində addım atmalarının vaxtı çatıb"

"Dağlıq Qarabağ münaqişəsi tərəflərinin etimadın möhkəmləndirilməsi istiqamətində addım atmalarının vaxtı çatıb". 

Məlumata görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Azadlıq" radiosunun Ermənistan və Azərbaycan dilində yayımlanan xidmətlərinə müsahibəsində deyib. O, ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən addımlar atılacaq: “Mən başa düşürəm ki, hazırda tam demilitarizasiya mümkün deyil. Lakin biz hərbi toqquşma ehtimalını aşağıya endirməliyik. İlk növbədə təmas xəttindən və sərhəd zonasından snayperlər geri çəkilməli, müşahidəçilərin sayı artırılmalı və xüsusi avadanlıqlar yerləşdirilməlidir. Əgər iki silahlı tərəf üz-üzə durublarsa, hərbi toqquşmanın mümkünlüyü hər zaman var”. (apa)

11.08.2017 11:25 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo