Premyer Liqada ilk turun oyunlarını idarə edəcək hakimlər

Avqustun 11-də Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start veriləcək. Artıq oyunlar üçün bütün hakim təyinatları müəyyənləşib.

Avqustun 11-də keçiriləcək “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) komandalarının oyununu baş hakim Əliyar Ağayev idarə edəcək. “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Bir gün sonra “İnter Arena”da saat 20:00-da start götürəcək matçda “İnter” (Bakı) öz meydanında “Qəbələ” komandasını qəbul edəcək. Qarşılaşmaya baş hakim olaraq Ömər Paşayev təyin edilib.

Premyer Liqanın avqustun 13-də təşkil olunacaq “Zirə” – “Səbail” oyununu idarə etmək Rəhim Həsənova tapşırılıb. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq bu görüşə saat 19:00-dan etibarən start veriləcək.

Həmin gün saat 21:00-da “Kapital Bank Arena”da “Sumqayıt” klubu Gəncənin “Kəpəz” komandasını sınağa çəkəcək. Bu matçın baş hakimi Fariz Yusifov olacaq.

Qeyd edək ki, üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. (azərtac)

10.08.2017 22:27 / Baxılıb: 37 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo