Azərbaycan-Livan əlaqələri müzakirə edilib

Avqustun 10-da Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov bu ölkənin Baş naziri Saadəddin Həriri ilə görüşüb.

Səfirlikdən bildiriblər ki, görüşdə ikitərəfli münasibətlər müzakirə olunub və əlaqələrin daha da genişləndirilməsinə ehtiyac duyulduğu vurğulanıb.

Əməkdaşlığın daha da inkişafı üçün Azərbaycan tərəfinin 2015-ci ildə Beyrutda səfirliyin açılması barədə qərar qəbul etdiyini deyən diplomat belə bir addımın Livan tərəfindən də atılacağının gözlənildiyini vurğulayıb.

Livanın Baş naziri ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin, xüsusən turizm sahəsində əməkdaşlığın daha da gücləndirilməsində iki tərəfin maraqlı olduğunu diqqətə çatdırıb. (azərtac)

10.08.2017 19:37 / Baxılıb: 35 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo