Danimarkalı siyasətçi: 23 avqustda Qarabağa dəstək üçün stadionda olacağıq

Samir Soltanov/AZADİNFORM. “Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini sərt tənqidi ilə seçilən Hüseyin Arac 23 avqustda baş tutacaq “Kopengahen” və “Qarabağ” oyununda doğma komandamızı dəstəkləyəcəyini bildirib”. 

Bu barədə Azadinform-a diaspora hərəkatı fəalı Elnur Eltürk bildirib. Onun sözlərinə görə, sabiq millət vəkili deyib ki, qardaş Azərbaycanın “Qarabağ” komandası Avropa futbolunda önəmli yer tutur: “Qarabağ” güclü komandadır ki, bu mərhələyə gəlib çatıb. Fikrimcə, “Qarabağ” Avropanın güclü komandasıdır. Futbolun müasir dünyamızda yeri böyükdür. “Qarabağ”ın Avropada oyunları Azərbaycanın təbliğatı üçün yaxşı fürsətdir. “Qarabağ” öz oyunları ilə Qarabağ məsələsini diqqətdə saxlayır. Biz 23 avqustda Azərbaycan və Türkiyə bayraqları ilə meydanda olub, “Qarabağ”a öz dəstəyimiz göstərəcəyik. “Qarabağ” klubu ilə qürur duyuruq”. 

Siyasətçi  Qarabağın işğalı ilə barışmadığını deyib: “Dəfələrlə mətbuata verdiyim açıqlamalarda da Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğal etdiyini bildirmişəm. Bütün beynəlxalq hüquq və qəbul olunmuş sənədlər işğalçı ölkənin əleyhinədir. Şübhəsiz ki, Qafqaz bölgəsinin lideri dövləti Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə bilər. Ancaq hələlik Azərbaycan sülh prinsiplərini üstün tutur. Ermənistan unutmasın ki, səbrin də bir sonu var”.

10.08.2017 17:36 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo