Orta aylıq əmək haqqı artıb 7%

Samir Soltanov / AZADİNFORM. 2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olub, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, muzdla işləyənlərin 21,7%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 

2017-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9% artaraq 522 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

10.08.2017 17:20 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo