FETÖ-nün Avropadan təbliğatı

Samir Soltanov/AZADİNFORM. Türkiyədəki televiziya və radioları bağlanılan Fetullahçı Terror Təşkilatı (FETÖ) Avropada bir peyk üzərindən yayımlanan telekanal vasitəsilə təbliğatını davam etdirir. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə təbliğat apara bilməyən FETÖ rəhbərliyi televiziya və radio yayımları üçün istiqamətini Almaniyaya yönəldib. “Mobility Channel” adı ilə əvvəllər avtomobillərlə bağlı verilişlər yayımlayan telekanalı satın alan və indi isə “MC” loqosunu istifadə edən təşkilat “Mars Channel” olaraq adlandırdığı kanalla yenidən təbliğat aparır.   

İlk əvvəl 2015-ci ildə yayıma başlayan, ancaq terror təşkilatları ilə əlaqəli olan kanalların “Türksat”dan çıxarılmasının ardından həmin ilin noyabr ayında fəaliyyətini dayandırmaq məcburiyyətində qalan MC TV, bu il Almaniyada yenidən yayıma başlayaraq FETÖ ilə bağlı verilişləri efirə çıxarır. 24 saat yayımlanan kanal, FETÖ ilə əlaqəli olduğu üçün bağlanan “Samanyolu” TV-nin seriallarına yer verir.

Bildirilir ki, gün ərzində 5 dəfə olaraq qısa xəbər bülleteni efirə gedən kanalda FETÖ lideri Fetullah Gülənin açıqlamalarına üstünlük verilir. Bundan başqa, FETÖ-yə bağlı eyni adla, yenə Avropadan yayımını davam etdirən radio mövcuddur.

10.08.2017 15:25 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo