50 ədəd çətənə kolu və 2 kiloqramdan artıq marixuana müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2,135 kq marixuana aşkar edilərək götürülüb. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Katex kəndi ərazisində Mahamalar kənd sakinləri, əvvəllər məhkum olunmuş Firuddin Xəlilov və İslam Xəlilov tərəfindən aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2 kiloqram 135 qram marixuana aşkar edilərək götürülüb.

10.08.2017 13:45 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo