Yeni qazılan quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur

Eşqin Nuruşov/AZADİNFORM. “Qərbi Abşeron” yatağında 54 nömrəli stasionar dəniz özülündən 36 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SOCAR-dan Azadinform-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 770 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.

10.08.2017 11:35 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo