Bakıda havanın hərarətində rekord qeydə alınıb

Eşqin Nuruşov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 09-da Abşeron yarımadasında  40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, bu da  2015-ci il 2 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub. Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

10.08.2017 11:05 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo