Tovuzda narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb

Bağında narkotik tərkibli bitki əkən Tovuz sakini saxlanılıb.

Məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində çətənə kolları əkib becərən Qovlar şəhər sakini, 1959-cu il təvəllüdlü Kərim Kərimov saxlanılıb.

Həyətyanı sahəyə baxış zamanı oradan aqrotexniki qaydada becərilən 10-a yaxın narkotik tərkibli çətənə kolu aşkarlanaraq məhv edilib. K. Kərimov çətənə kollarını öz istifadəsi üçün əkib becərdiyini deyib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

9.08.2017 22:31 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo