Özbəkistan prezidenti Allahşükür Paşazadəni təbrik edib

Samir Soltanov/AZADİNFORM. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb. 

QMİ-dən Azadinform-a verilən məlumata görə, Özbəkistan prezidenti məktubunda ad günü münasibətilə ona ünvanladığı təbriklə əlaqədar QMİ sədrinə minnətdarlığını ifadə edib, millətlərarası dialoqun, dinlərarası əlaqələrin, tolerantlığın inkişafına, dünyada İslam dininin maarifçi ideyalarının təbliğ edilməsinə öz böyük şəxsi töhfəsini vermiş Allahşükür Paşazadəyə böyük qiymət verdiyini vurğulayıb. Eyni zamanda, o, QMİ sədrinin Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafında səylərini yüksək qiymətləndirib, ötən iyul ayının ilk yarısında Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Dini İşlər üzrə Komitəsinin və Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin rəhbərlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb: “Əminəm ki, birgə səylərimizlə qarşılıqlı maraqlarımıza xidmət edən üzünmüddətli tərəfdaşlığımız getdikcə inkişaf edəcək, Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək”.

9.08.2017 18:00 / Baxılıb: 44 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo