Qazaxda mobil telefonların qənimi saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Qazax rayonu ərazisindəki mağazalardan birindən xeyli sayda telefon oğurlanması barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, məlumatla əlaqədar aidiyyatı üzrə Qazax Rayon Polis Şöbəsində yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək oranı müayinə edib, müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Polis Şöbəsinə dəvət edilən mağaza sahibi izahatında oradan satış üçün nəzərdə tutulan və təmirə gətirilmiş ümumilikdə 45 ədəd mobil telefonun, həmçinin eyni sayda satış üçün nəzərdə tutulan, telefonların üzərlərində olan sim nömrələrin və 1 ədəd noutbukun oğurlandığını bildirib.

Əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. O, saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Alıyev olması müəyyən edilib. Saxlanılarkən oğurlanmış mobil telefonlardan biri maddi sübut kimi onun üzərindən aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, E. Alıyev bir müddət əvvəl gəzmək üçün Qazaxa gəlib və özünü təhsil müəssisələrindən birinin tələbəsi kimi təqdim edərək şəhər ərazisində kirayədə yaşayıb.

Dindirmələr zamanı o, digər telefonları və noutbuku paytaxt ərazisində satdığını bildirib.

Araşdırmalar aparılır.

9.08.2017 16:50 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo