Xaş-Xaş - 2017 əməliyyatı Polis 53 ədəd çətənə kolu müsadirə edib

Samir Soltanov/AZADİNFORM. Balakəndə polis “Xaş-Xaş - 2017” adlı kompleks tədbirlər planına uyğun olaraq əməliyyat keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Balakən rayonunun Hənifə kəndində sakinlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

RPŞ rəhbərliyinin göstərişi ilə yaradılan qrup tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, Hənifə kənd sakini Vüqar Əhmədova məxsus evə və həyətyanı sahəyə baxış keçirilib. Həyətyanı sahədən ümumilikdə 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

V.Əhmədovun evinə baxış zamanı isə evin müxtəlif yerlərində gizlədərək saxlanılan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub. 

Ekspertiza həmin narkotik vasitənin 3,5 kiloqram qurudulmuş marixuana olması barədə rəy verib. 

Araşdırmalarla V.Əhmədovun həmin narkotik vasitəni satış məqsədi ilə saxladığı müəyyən edilib. 

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

9.08.2017 16:20 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo