Ermənistanda ali savadlı insanların sayı kəskin azalıb

Ağır iqtisadi vəziyyət və vətəndaşların Ermənistanı kütləvi tərk etmələri ali məktəblərə qəbul olunan tələbələrin sayının kəskin azalmasına gətirib çıxarıb. 

Məlumata görə, əgər 2013-cü ildə Ermənistanda ali məktəblərə 16304 nəfər qəbul olunmuşdusa, 2016-cı ildə bu rəqəm 10865 nəfər bərabər olub. 2014-cü ildə isə 11228 nəfər ali məktəbə qəbul olunmuşdu. 

2017-ci ildə ali məktəblərə qəbul prosesi hələ başa çatmasa da, ekspertlərin fikrincə, bu il də rəqəmin yüksək olacağı gözlənilmir. 

Tələbələrin sayının azalmasının əsas səbəbi kimi miqrasiya göstərilir. 

Bu statistikadan göründüyü kimi, yaxın zamanlarda Ermənistanda təhsilli adamların sayı azalacaq. Buna isə dövlət özü də dəstək olur. Belə görünür ki, dövlət etiraz və üsyanlardan çəkinir və hesab edir ki, savadsız və düşünməyən kütləni idarə etmək daha asandır. (trend)

9.08.2017 14:15 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo