Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Adəm Abbaslı/AZADİNFORM. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.

Azadinform xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədovun yolasalma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

9.08.2017 11:25 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo