Lappon: Bakıda inanılmaz dərəcədə inkişaf gördüm

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Belarusun Dövlət Sərhəd Komitəsinin sədri Anatoliy Petroviç Lapponu qəbul edib.

Azadinform xəbər verir ki, Anatoli Lappo Bakıda 1990-cı ildə olduğunu qeyd edərək paytaxtımıza budəfəki səfəri zamanı inanılmaz dərəcədə inkişaf gördüyünü deyib. O, sərhədçi olaraq öz xidmətinə Naxçıvanda zastava rəisi kimi başladığını məmnunluqla vurğulayaraq deyib: “Mən Naxçıvanda zastava rəisi vəzifəsində çalışarkən Azərbaycanın əfsanəvi oğlu Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam və o illəri xoş təəssüratla xatırlayıram”.

Prezident İlham Əliyev xoş sözlərə görə məmnunluğunu ifadə edib. Dövlət başçısı ötən dövr ərzində Naxçıvanda böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq, qonağın ölkəmizə bu səfərinin onun xidmət etdiyi yerləri yenidən görmək üçün yaxşı imkan yaratdığını deyib.

Görüşdə Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, iki dövlətin sərhəd xidmətləri arasında əməkdaşlığın əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib.

9.08.2017 11:20 / Baxılıb: 265 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo