Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur prezidenti Toni Tan Kenq Yamı təbrik edib.

Azadinform-un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim sülh və firavanlıq diləyirəm".

8.08.2017 19:00 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo