"Dəniz kuboku - 2017"nin 2-ci mərhələsi başa çatıb

Samir Soltanov/AZADİNFORM. Bu gün “Dəniz kuboku - 2017” müsabiqəsinin ikinci mərhələsinin “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu icra edilib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə tapşırığı 2 dəqiqə 13 saniyəyə icra edən Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı birinci, 2 dəqiqə 20 saniyə nəticə ilə Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ikinci, 2 dəqiqə 21 saniyə nəticə ilə Rusiya HDD-nin “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı üçüncü, 2 dəqiqə 26 saniyə nəticə ilə İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı isə dördüncü yerə layiq görülüb. 

“Dəniz kuboku - 2017” müsabiqəsinin sonuncu üçüncü mərhələsi avqustun 9-da keçiriləcək.

8.08.2017 18:20 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo