"Əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var"

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlığın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.

Azadinform xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə çıxışında deyib.

Q.Berdiməhəmmədov deyib: "Əvvəlcə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz Azərbaycana rəsmi səfərin həyata keçirilməsi üçün məni ölkənizə dəvət etdiniz. Mən öz adımdan və nümayəndə heyətimizin adından Sizə dərin təşəkkürümü bildirirəm. Mənə göstərilmiş səmimi qəbula görə xüsusi təşəkkürümü bildirirəm. Siz qeyd etdiyiniz kimi, biz qonşu dövlətlərik. Mənə göstərilmiş qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Burada səmərəli birgə iş üçün çox gözəl şərait yaradılmışdır".

Türkmənistan Prezidenti əlavə edib: "İlk növbədə qeyd etmək istərdim ki, rəsmi səfərin əsas məqsədi dövlətlərimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəlib. Bu gün əlaqələrimizin və əməkdaşlığımızın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Siyasi istiqamətə gəldikdə, bildirmək istərdim ki, dövlətlərimiz əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarıdır. Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir. Hazırkı şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər".

8.08.2017 15:15 / Baxılıb: 278 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo