Nazirlik tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara aydınlıq gətirdi

Samir Soltanov/AZADİNFORM. Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib. 

Azadinform xəbər verir ki, nazirliyin sektor müdiri Sülhəddin Gözəlov bildirib ki, tələbələrin köçürülməsi qaydalarında müəyyən tələblər var: “Bakıda yerləşən ali təhsil müəssisələrində köçürülmə zamanı tələbənin öz ixtisası üzrə qəbul ilində topladığı bal köçürüləcəyi ali məktəbdəki ixtisas və digər başqa ixtisas üzrə qəbul balından yüksək olmalıdır. Bu şərt ödənməlidir. Tələbənin transfer.edu.az portalına müraciətinə baxmayaraq, bu şərt ödənməsə, müraciətdən imtina olunur. Bu hal isə tələbə və onun valideynində narazılıq yaradır. Köçürülmənin bəlli qaydaları var və həmin qaydalar gözlənilməlidir”. 

S. Gözəlov vurğulayıb ki, əsas narazılıqlar xarici, xüsusən MDB məkanında yerləşən ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülmək istəyən tələbələrlə bağlıdır: “Xaricdə - istər MDB, istərsə də Qərb ölkələrinin ali məktəbləri olsun, əgər tələbə TOEFL, İELTS imtahanları ilə universitetə qəbul olunubsa, onların köçürülməsində hər hansı problem yoxdur. Hazırda bir sıra ölkələrdə ali təhsil biznes xarakteri daşıyır. Böyük sayda xarici universitetlər var ki, tələbə qəbulu imtahansız, yalnız attestatla aparılır. İmtahansız, attestatla xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunana tələbələrin köçürülməsində məhdudiyyətlər var”.

8.08.2017 13:45 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo