SOCAR dövlət büdcəsinə 129 milyon manata yaxın vəsait ödəyib

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin iyul ayında dövlət büdcəsinə 128 mln. 954 min manat vəsait ödənilib.

SOCAR-dan Azadinform-a verilən məlumata görə, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 mln. 755 min manat və ya 101,4% çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında büdcəyə 914 mln. 566 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 mln. 625 min manat və ya 115,9% çoxdur.

Bundan əlavə, 2017-ci ilin iyul ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 mln. 959 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 875 min manat və ya 107,2%. Cari ilin yanvar-iyul aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 87 mln. 251 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 5 mln. 635 min manat və ya 106,9% çoxdur.

8.08.2017 10:55 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo