Tənhalıq insan üçün ən böyük təhlükədir

Tənhalıq və tərkidünyalıq piylənmədən də böyük təhlükədir. ABŞ-ın Brikheym Yanq Universitetinin psixoloqları belə bir qənaətə gəliblər. Onların fikrincə, həmin amillərin əhaliyə təsiri ilbəil artır və milli problemə çevrilə bilər. Alimlər bu barədə Amerika Psixoloji Assosiasiyasının 125-ci illik konvensiyasında məlumat veriblər.

Azadinform AZƏRTAC-a istinadən bildirir ki, tədqiqat barədə press-reliz EurekAlert saytında yerləşdirilib.

Mütəxəssislərin söylədiklərinə görə, başqaları ilə qarşılıqlı münasibət hər kəsin sağlam yaşaması və psixoloji rahatlığı üçün əsas tələbatlardandır. Amerika Pensiyaçılar Assosiasiyası qeyri-hökumət təşkilatının tənhalığın öyrənilməsi ilə əlaqədar apardığı tədqiqatın nəticəsinə görə, yaşı 45-i ötmüş 42,6 milyon amerikalı xroniki tənhalıqdan əziyyət çəkir. 2014-cü il siyahıyaalmasına görə, ölkə əhalisinin dörddəbirindən çoxu tənha yaşayır, yarıdan çoxu isə nikah bağlamayıb.

Alimlər hər biri onlarla tədqiqatın nəticələrini özündə ehtiva edən iki metaanaliz aparıblar. Birinciyə ümumilikdə 300 mindən çox könüllünün iştirak etdiyi 148 elmi araşdırma daxil edilib. Məlum olub ki, möhkəm sosial əlaqələr erkən ölüm riskini 50 faiz azaldır. İkinci metaanalizdə isə Şimali Amerika, Avropa, Asiya və Avstraliyadan 3,4 milyon nəfərin iştirak etdiyi 70 tədqiqatın nəticələri öyrənilib. Alimlərin qənaətə əsasən tərkidünyalıq və ya tənhalıq erkən ölüm riskini, piylənmə də daxil olmaqla, digər amillərdən daha çox artırır.

Mütəxəssislər hesab edirlər ki, səhiyyə sistemi sosial əlaqələrin əhalinin sağlamlığına təsirini nəzərə almalıdır. Tənhalığa daha həssas olan pensiyaçıların başqaları ilə ünsiyyətdə ola biləcəyi istirahət evlərinin və parkların tikintisi də zəruridir.

7.08.2017 23:45 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo